Silahlı şəxslər polis idarəsini zəbt etdi - Ermənistan qarışdı - VIDEO

Ermənistanın paytaxtında bir qrup silahlı şəxs polis idarəsinə hücum edib. “Qafqazinfo” Erkir Media telekanalına istinadən xəbər verir ki, onlar yük maşınları ilə darvazaları qıraraq əraziyə daxil olublar. Hadisə nəticəsində azı 1 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Polis idarəsinə hökumət qüvvələri yeridilib. Yaxın saatlarda məsələ ilə bağlı rəsmi bəyanat veriləcəyi gözlənilir.
***
Ermənistan Milli Təhlükəsizlik Xidməti yaydığı məlumatda bildirir ki, hazırda silahlı şəxslərlə danışıqlara cəhd edilir. Onlar mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
İnsident Yerebun rayonunda baş verib. Rəis müavini Valeriy Osipyan hələ də girov saxlanılır.
***
Silahlı şəxslər bütün polis alayını girov götürüblər.
***
Son məlumata görə, 2 nəfər girovluqdan azad edilib. 1 polis işçisi ölüb, digər 2-si isə yaralanıb.
***
İdarəni zəbt edən silahlılar hadisə yerindən videogörüntü də paylaşıblar:
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












