"Silk Way West Airlines" Sinqapura uçuşlara başlayıb

“Silk Way West Airlines” şirkəti Sinqapura birbaşa müntəzəm uçuşlara başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Aviaşirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, uçuşlar həftədə iki dəfə “Boeing-747-8F” yük təyyarəsi ilə yerinə yetiriləcək və dünyanın başqa istiqamətlərinə həyata keçirilən reyslərlə birləşəcək.
Qeyd edək ki, “Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 ədəd “V747-8F” və 2 ədəd “V747-400F” təyyarə daxildir.
Bu ilin III rübündə daha bir “V747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin ümumi sayı 6-ya yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












