"Silkway Insurance"da maliyyə yoxlaması aparılacaq

Dekabrın 28-də "Silkway Insurance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yığıncaq saat 10:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında baş tutacaq.
Yığıncağda "Silkway Insurance"in 2016-cı ildəki maliyyə-təsərrüfatı fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun seçilməsi məsələsi müzakirə ediləcək. Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs şirkətin baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" şirkətinə, 3,6%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












