Şimal bölgəsində güclü şaxta...

Azərbaycanın şimal bölgəsində qarlı-şaxtalı hava şəraiti davam edir. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bölgədə avtomobil yolları qardan və buzdan təmizlənsə də yol polisləri sürücülərə xəbərdarlıq edir. Şimal bölgəsində gecə şaxta rekord dərəcəyə catıb. 46 sm qar olan Qubanın Qrız kəndində 16 dərəcə şaxta müşahidə olunub. Xınalıqda isə şaxta 15 dərəcə olub. Bölgənin həm rayondaxili, həm də magistral avtomobil yolları buz bağlayıb. Yolların buz bağlamış hissələrinin açılması üçün Azəryolservisin Quba, Qusar, Xaçmaz yol idarələri gücləndirilmiş rejimdə çalışır. 5 saylı Xaçmaz yol idarəsinin baş mühəndisi Məmmədşah Hacımuradovun sözlərinə görə, idarənin balansında 109 km Respublika əhəmiyyətli, 291 km yerli əhəmiyyətli yol var ki, eniş-yoxuş olan hissələrinin buzdan təmizlənməsi diqqətdə saxlanılır. “Gücləndirilmis rejimdə işləyirik. Hər gün üçün növbətçi cədvəli tərtib olunub. Səhər tezdən axsam qaranlığa kimi işləyirik. Gecə də növbətçilər dayanır. 30 ton qumumuz, 500 kubmetrdən hazır qumumuz var. Yəni ki, bir ayda biz çox işlətsək, 150. 200 kuba yaxın qum islədirik.” – deyə 5 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Məmmədşah Hacımuradov bildirib. Şimal bölgəsində Bakı-Quba-Rusiya sərhəd yolunun Siyəzənin Zarat hissəsindən Qusarın Samur qəsəbəsinə qədər hissəsi buz bağlayıb. Müşahidələrmizə görə, ərazi üzrə yol nəqliyyat işçiləri yolun Qusar və Quba hissəsində duz qarıçıq qum tökülməsini təmin ediblər. Bununla belə ərazi üzrə yol polisləri sürücülərə buzlu avtomobil yollarında ehtiyyatlı olmağı tövsiyə edir. “Sürücülərə tövsiyəmiz odur ki, şinlərə fikir veürsinlər. Sütət həddini düzgün seçsinlər.” - BDYP-nin 2 saylı tağımınin əməkdaşı Tariyel Haciyev qeyd edib.
Qeyri-sabit havanın yanvarın 27-si gündüz saatlarından normallaşacaqı gözlənilir.
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO










