“Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu dekabrın 25-də istifadəyə veriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “İran Dəmir Yolları”nın beynəlxalq işlər üzrə idarəsinin baş direktoru Abbas Nəzəriyə istinadən “AzRusTrans” (“Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC-nin birgə müəssisəsi) şirkəti bildirib. Məlumatda qeyd olunur ki, Azərbaycan və İran gömrük prosedurları və viza verilməsi ilə bağlı məsələləri, eləcə də İranın Astara şəhərində yük terminalından istifadə məsələsini müzakirə ediblər. Qeyd edək ki, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun Azərbaycan ərazisindəki uzunluğu 8 kilometr təşkil edir, daha iki kilometr sərhəddən İran Astarasınadək uzanır. Layihəyə həmçinin Astaraçay üzərindən keçən körpü daxildir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












