Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün daha 4 mlrd. dollar lazımdır

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini fəallaşdıracaq İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsinin yekunlaşdırılması üçün 4 mlrd. dollar vəsaitə ehtiyac var. Avtosfer.az "Report"a istinadən xəbərt verir ki, bunu İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi bildirib. "Bu, böyük və bahalı layihədir. Həmin dəmir yolu Çabahar bölgəsində başlayır və Zahedan (Bəlucistanda əyalət), Zabul və Bircəndə (Cənubi Xorasan əyalətinin mərkəzi) kimi uzanır. Bu layihə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işini aktivləşdirəcək", - deyə nazir əlavə edib. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" dövlət şirkəti dəmiryolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












