Şimal-Cənub nəqliyyat dəhlizinin tariflərinin dəyişdirilməsi ilə bağlı iş aparılır

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Hindistan və Fars körfəzindən İran, Azərbaycandan keçməklə Rusiya, Avropa ölkələri, habelə Mərkəzi Asiya və Qafqaz regionlarına daşınacaq yüklərin tarifləri üzərində ciddi dəyişikliklər aparılır. Hazırda bu dəhlizin əsas beynəlxalq marşruta çevrilməsi istiqamətində ciddi iş görülür. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev bildirib. Onun sözlərinə görə, qurumun əsas siyasəti bu nəqliyyat dəhlizinin digər alternativ marşrutlarda olan tariflərlə rəqabət apara bilməsinə yönəldilib.
"Hazırda əsas məqsədimiz İran ərazisindən keçməklə, orada tranzit terminalı yaradıb, yüklərin həmin terminaldan İranın Bəndər-Abbas limanına, oradan isə gəmilərlə Hindistanın Mumbayi limanına və digər Asiya dövlətlərinə yönəldilməsidir. Belə imkanlarımız var və onlardan istifadə edəcəyik", - deyə Ə.Məmmədəliyev deyib.
Departament rəhbəri əlavə edib ki, hazırda Azərbaycanın cənubundakı Astara və şimaldakı Yalama stansiyaları arasında mövcud imkanlardan istifadə edilən layihələr var: "Tranzit yüklər Azərbaycana gəlməkdə davam edir. İlk olaraq, Astaraya daxil olub və İrana ötürülüb. Belə ki, yüklər ənənəvi olan marşrutla müqayisədə rəqabət apara biləcək qiymətlə keçirildiyinə görə, artıq Rusiyadan ayda 30 min ton olmaq şərtilə sifariş qəbul etmişik. Bu, əsasən dənli bitkilər - darı, arpa, buğdadır. Onlar İrana yola salınacaq".
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












