"Sınıq Körpü" gömrük postundakı sıxlıq aradan qaldırılıb

Martın 13-dən 14-nə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb və tez bir zamanda tam aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, həftənin istirahət günlərində və bayram günləri ərəfəsində gonşu Gürcüstan Respublikasına səyahət edənlərin intensiv şəkildə geri qayıtması “Sınıq Körpü” gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsilə nəticələnib.
Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib.
Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












