“Sınıq Körpü”də insident: bir qrup şəxs giriş-çıxışı bağlamaq istədi - FOTO
Gündəm
13 May 2016 13:11

Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir
Bu gün kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq uşaq bezləri, yuyucu vasitələr və ərzaq məhsulları üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib. Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da, həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar. Vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edən həmin şəxslər “Sınıq Körpü” gömrük keçid məntəqəsinin giriş və çıxışlarını bağlamağa cəhd göstərərək gömrük postunun fəaliyyətinə də mane olmağa çalışıblar.
Tovuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub.
Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Fidan




Oxunub : 1840
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
13 Oktyabr 2026 11:00
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
13 Oktyabr 2026 08:33
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












