“Sınıq körpü”dəki son vəziyyətlə bağlı - Rəsmi məlumat - FOTO

Son dövrlər Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Nazirlər Kabinetinin 8 iyul 2016-ci il tarixli 267 nömrəli qərarı ilə edilmiş dəyişikliklərin tətbiqi ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən “Sınıq körpü” gömrük postunun iş rejiminə müsbət təsir göstərib.
Belə ki, dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Nəticədə son illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək gömrük ərazisinə gətirdikləri malların Azərbaycanın gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artmasına, gömrük-keçid məntəqələrində sıxlıqların yaranmasına səbəb olub. Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi, hər dəfə geri dönüşdə isə özləri ilə siqaret, alkoqollu içkilər və ərzaq məhsulları gətirdiyi müşahidə olunub.
Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilən dəyişikliklərə əsasən hər bir vətəndaşın bu güzəştlərdən təqvim ayı ərzində yalnız bir dəfə yararlanacağının qeyd olunması həm dövlət büdcəsinə daxilolmaların miqdarının artmasına, qaçaqmalçılıq hallarının azalmasına və gömrük məntəqələrindən rahat keçidin təmin olunmasına münbit şərait yaradıb.
Emin


Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










