Sintetik narkotik vasitə gətirmək istəyən şəxs hava limanında saxlanılıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.
Yoxlama zamanaı, çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə isə onların üzərində "M 40" yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












