Siqaret çəkmək üçün xüsusi yerlər olacaq - Norma və tələblər hazırlanır

Azərbaycan Nazirlər Kabineti (NK) üç ay müddətində tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq. NK bu müddət ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək. Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.
Eyni zamanda, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi kütləvi informasiya vasitələrində tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirəcəklər. Bu, Prezident İlham Əliyevin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb. Fərmana əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə bu nazirliklərin elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanmalı və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilməlidir.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev 29 dekabr 2017-ci ildə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












