"Siqaret və içki yığışdırılsın" - Deputatdan təklif

“Seriallarda və filmlərdə siqaret, spirtli içkilərin reklam edilməsi yol verilməzdir. Təəssüf ki, bizdə bunlara riayət olunmur”.
Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Deputat filmlərdə siqaret və spirtli içkilərin reklamının yığışdırılmasını təklif edib.
“Bir neçə il əvvəl bununla bağlı komitədə qanun layihəsi hazırlanmışdı. Həmin layihə hazırda gündəmdədir. Ola bilsin ki, nə vaxtsa müzakirəyə çıxarılsın. Mən özüm də siqaret və içkinin əleyhinəyəm. Bu işdə mətbuatın üzərinə böyük iş düşür. Mətbuat təbliğat aparmalıdır ki, bu cür seriallar çəkilməsin. Həmin seriallara hansı yaş qrupunda uşaqların baxması ilə bağlı rəqəm verilməlidir”.
H.Rəcəbli hesab edir ki, spirtli içki və siqaret seriallarda reklam xarakteri daşımamalı, müsbət hal kimi təbliğ olunmamalıdır. “Lakin seriallarımız bunu təbliğ edirlər. Bunun qarşı alınmalı, seriallarda siqaret və içkinin təbliği yığışdırılmalıdır. Mətbuat, jurnalsitlər bu cür hallarla bağlı vaxtaşırı yazmalı, tənqid etməlidir. Bunun nəticəsində cəmiyyət qınayar, ictimai rəy formalaşar və sonra “Reklam haqqında” qanuna və digər qanunlara dəyişiklik etmək olarş”,- deyə deputat vurğulayıb.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










