Şirvan sakininə sürmədiyi maşının cərimələri göndərildi - VİDEO
Şirvan sakini Sadıqov Ələddin Ağahüseyn oğlu iddia edir ki, idarə etmədiyi avtomobilə görə ona ard-arda DYP-dən cərimələr gəlir. O qeyd edir ki, 2015-ci ildən 2016-cı ilədək etibarnamə ilə idarə etdiyi “VAZ 21041” markalı 90 LT 714 dövlət nömrə nişanlı avtomobili sahibi 2016-cı ildə başqasına satıb. Daha sonra üzünü belə görmədiyi avtomobilə görə Ələddin Sadıqovun sürücülük vəsiqəsinə müxtəlif vaxtlarda 5 dəfə cərimə gəlib.
Ələddin Sadıqov bu barədə Dövlət Yol Polisinə müraciət edib. Bu zaman məlum olub ki, kimlərsə onun etibarnaməsinin qüvvədən düşməməsindən istifadə edərək 90 LT 714 dövlət nömrə nişanını gah VAZ 2107-yə gah da AKA markalı avtombilə bağlayraq qayda pozublar. Nəticədə Ələddin Sadıqovun adına cərimə gəlib
Məsələni aydınlaşdırmaq üçün respublika Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik.
Bəs görəsən dövlət nömrə nişanından qanunsuz istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu? Sual yaranır həmin insanlar qeyd olunan dövlət nömrə nişanı ilə qəza və başqa qanunsuz hərəkətlərə yol verərlərsə onların əvəzinə başqasımı cavab verməlidir?
Hüquqşünas onu da bildirdi ki, vətəndaş aidiyyəti qurumlara məlumat verdiyi təqdirdə tədbirlər görülmədikdə məhkəməyə müraciət etməlidir.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










