Sıxılmış qaz daşıyan avtosisterni partladı; 9 ölü, 112 yaralı - VİDEOlar
Gündəm
13 İyun 2020 20:06
Oxunub 1596

Əməliyyat-xilasetmə işləri davam etdirilir
Çinin Çjeçzyan əyalətində sıxılmış qaz daşıyan avtosisternin partlaması nəticəsində 9 nəfər ölüb, 112-si isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 13-də G15 “Shenyang Haikou” sürət avtomagistralının Tayçjou şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “Sina” portalı məlumat yayıb.
Məlumata görə, partlayış o qədər şiddətli olub ki, avtosisterninin parçaları ətrafa saçılıb, yaxınlıqda yerləşən binalar dağılıb, şosedə və yaşayış məntəqəsindəki avtomobillər yanıb. Xeyli sayda insan isə dağıntılar altında qalıb.
Hazırda hadisə yerinə 450 yanğınsöndürən, 6 axtarış iti, xilasedicilər, həkimlər və polis əməkdaşları cəlb edilib.
Əməliyyat-xilasetmə işləri davam etdirilir.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













