Skuter və velosiped sürənlər OXUSUN: Sürət limiti belə tənzimlənəcək

Slovakiya Parlamenti ölkə tarixində ilk dəfə səkilərdə hərəkət üçün sürət məhdudiyyəti tətbiq edən qərarı təsdiqləyib. Bu qərar Avropada mikromobillik vasitələrinin təhlükəsizliyinə yönəlmiş yeni addım kimi qiymətləndirilir.
Maraqlıdır, Azərbaycanda velosiped və skuter zolaqlarının az olduğu şəraitdə bu cür sürət limiti tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, belə bir məhdudiyyətin tətbiqi mümkündür:

Yasin Mustafayev
“İndi müxtəlif modellər və nəqliyyat növləri, məsələn, velosiped, skuter, mühərrikli və ya elektrikli versiyalar var. Onların hər biri fərqli sürətlə hərəkət edir. Əlbəttə, bu vasitələrin böyük sürətlə hərəkət etməsi ciddi təhlükə yaradır. Məsələn, elə skuter var ki, 50 km/saat sürətlə gedir. Bu, kifayət qədər yüksək göstəricidir və hər hansı qəza zamanı həm istifadəçi, həm də digər hərəkət iştirakçıları ciddi zərbə ala bilər.”
Ekspertin fikrincə, belə halların qarşısını almaq üçün sürət limiti müəyyən edilməlidir:
“Düşünürəm ki, bu vasitələrin hərəkət sürəti 25 km/saatdan artıq olmamalıdır. Azərbaycanda da bu istiqamətdə yüksək sürət həddi müəyyən edilə bilər”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












