Şlaqbaumlu binalarda yaşayanların NƏZƏRİNƏ

Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaumların quraşdırılması halları artmaqdadır. Bu cür tədbirlər bina sakinlərinin rahatlığı baxımından müsbət sayılsa da, təhlükəsizlik məsələləri bəzən nəzərdən qaçırılır. Belə ki, həyətə yalnız sakinlərin daxil ola bilməsi, fövqəladə vəziyyətlər zamanı məsələn, təcili tibbi yardım və ya FHN əməkdaşlarının hadisə yerinə vaxtında çatmasına əngəl törədə bilər.
Bəs şlaqbaumları kim quraşdırır və bu, qanunidirmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "milli.az"a nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu, qanun çərcivəsində olmalıdır:
"Bu yalnız müvafiq qurumlarla razılaşdırılmalıdır. Əks halda qanunsuzdur. Digər vətəndaşların hüquqlarını məhdudlaşdırmaqdır. Həmçinin təcili tibbi yardım, yanğınsöndürənlər həmin hadisəyə görə gecikirlərsə, bu ciddi məsuliyyət yaradır. Qanunsuz şəkildə ümumi istifadə olan əraziyə şlaqbaum qoymaq olmaz. Əgər şəxsin özəl mülkiyyətidirsə, o zaman quraşdırıla bilər".
Bəs qanunsuz quraşdırılan şlaqbaumların sökülməsinə hansı qurum nəzarət edir?
Sualımıza cavab olaraq FHN-dən bildirildi ki, həmin qanunsuz şlaqbaumlar Komunal Mənzil Təsərüffatı Birliyi və digər qurumlar ləğv edə bilər.
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO










