SOCAR briqadirinin ölümünə səbəb olan kran sürücüsünə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Kamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, K.Rzayev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, K. Rzayev Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Xüsusi Texnika dəstəsində 6-cı dərəcəli kran maşinisti işləyib. Ötən il iyulunda "Neft Daşları"nda estakadanın təmiri işlərini görərkən, Neft-Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma Bölümünün briqadiri Namik Məmmədovun icazəsiz olaraq, layihə ilə müəyyən olunmamış qaydada, yəni, dayağı bir dəfəyə çıxarıb, yerinin dəyişdirilməsi barədə göstərişindən sonra o, tələbləri pozub. Nəticədə borunun tarazlığının tənzimlənməsi üçün onun alt hissəsinə bağlanılmış kəndir Namik Məmmədovun ayağına dolaşıb. N.Məmmədov kəndirlə birlikdə kranın qülləsinə çırpılıb və o, hadisə yerində ölüb. K.Rzayevə qarşı Cinayət Məcəlləsinin 222.3 maddəsi ilə cinayət işi başlanıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












