SOCAR Gürcüstanda 105 milyon litr yanacaq satıb

Hazırda Gürcüstan ərazisində olan SOCAR Georgia Petroleum MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Avtosfer.az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayevə Gürcüstana səfəri zamanı məlumat verilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirmiş, əməkdaşlara yeni uğurlar arzulayıb.
Qeyd edək ki, SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.
Emin
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












