"SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır" - İqtisadiyyat naziri

"Gələcəkdə Yaxın Şərqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinin genişləndirilməsi planlaşdırılır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, gələcəkdə hansı ölkəyə qaz ixrac ediləcəyini indidən konkret olaraq demək düzgün olmaz:
"Ancaq onu qeyd edə bilərəm ki, Şərq bazarında və ümumilikdə bu coğrafiyada həm Azərbaycan qazına olan tələbat, həm də qazımızın rəqabətqabiliyyətli şərtlərlə bu bazara çatdırılması imkanları bu [Suriyaya qaz ixracı] layihə ilə artıq təsdiqlənmiş oldu. Əldə olunmuş razılaşmanın xüsusiyyətlərini nəzərə alaraq, türkiyəli həmkarlarımıza təşəkkürümü bildirirəm. Çünki qazın tranziti üçün onlar tərəfindən əlverişli şərait yaradılıb. Bu baxımdan, gələcəkdə SOCAR-ın regionda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur".
Nazir əlavə edib ki, Suriyaya ixrac olunan qaz birbaşa SOCAR tərəfindən göndərilir və satılır:
"Bu, xarici konsorsiumlara məxsus qaz deyil. Təchizat SOCAR, yəni dövlət şirkəti tərəfindən həyata keçirilir".
"Tiktok"da canlı yayım açıb onu izləyən şəxsləri söydü – 15 sutka həbs edildi
İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ
Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir
Bu yollarda tıxac var - SİYAHI
Tıxac işə gecikmək üçün üzrlü səbəbdirmi? – EKSPERT RƏYİ
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO











