SOCAR Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı “SOCAR Ukraine” şirkəti Moldovanın yanacaq bazarına daxil olmaq niyyətindədir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli jurnalistlərə şirkətin topdan ticarət istiqaməti üzrə direktoru Andrey Bıçkov məlumat verib. O bildirib ki, Moldova bazarı Ukraynadan kiçik olsa da, orada inkişaf perspektivləri mövcuddur: “Biz, həmçinin Moldovanın dövlət strukturları ilə əməkdaşlığı da istisna etmirik”. Hazırda “SOCAR Ukraine” Ukrayna ərazisində 59 yanacaqdoldurma məntəqəsinə malikdir. Moldova hökuməti Curculeşt limanındakı neft terminalı ilə əməkdaşlıq və yeni neftayırma zavodunun tikintisi məqsədilə investisiya imkanlarını öyrənmək üçün SOCAR nümayəndələrini ölkəyə dəvət edib. SOCAR Rumıniya, Gürcüstan və İsveçrədə də investisiya layihələri həyata keçirir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












