SOCAR "Petrol Ofisi"nin almaq istəyir

Avstriyanın OMV şirkətinin Türkiyədəki törəməsi olan "Petrol Ofisi"nin alışına dair 3 şirkət rəsmi təkliflərini verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu "Bloomberg" agentliyi 3 mənbəyə istinadən yazır. Agentliyin mənbələri bildirir ki, "Petrol Ofisi"ni almaq üçün "Saudi Aramco", SOCAR və OPET ("Koç Holding"in törəməsi) rəsmi qaydada OMV-yə müraciət edib. Bildirilir ki, "Saudi Aramco" danışıqlar prosesinə HSBC bankını cəlb edib. OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) ötən gün bildirib ki, onun rəhbərlik etdiyi şirkətə "Petrol Ofisi"ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: "Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq".
Qeyd edək ki, SOCAR "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib. V.Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib. İdarə Heyətinin sədri detalları açıqlamayıb. SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək. Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil. "Petrol Ofisi"nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












