SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini açıb - FOTO

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti bu ölkədəki yanacaqdoldurma məntəqəsi şəbəkəsinə növbəti məntəqəni daxil edib. Şirkət bu ölkədə “SOCAR” brendli sayca 39-cu YDM-ni istifadəyə verib. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacaq məhsullarının satışı həyata keçiriləcək.
Məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda yanacaqla təmin ediləcək. Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılıb və YDM-də Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir.
Xatırladaq ki, bu, Braşov regionunda istifadəyə verilən sayca ikinci yanacaqdoldurma məntəqəsidir. SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. “Report”
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB











