SOCAR sentyabrda 78 min tondan çox dizel yanacağı ixrac edib

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 78 min 247 ton dizel yanacağı, 21 min 876 ton təyyarə yanacağı, 4 min 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1 min 147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib. Bu barədə “Report”a SOCAR-dan bildirilib. Məlumata görə, ümumilikdə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 508 min 996 ton dizel yanacağı, 165 min 347 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 61 min 102 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 30 min 610 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilib.
Ötən ay dünya bazarında hər ton üçün etilləşdirilmiş benzinin qiyməti - 478,97 ABŞ dolları, təyyarə yanacağının qiyməti - 430,67 dollar, dizel yanacağının qiyməti - 409,84 dollar, 1% kükürdlü mazutun qiyməti - 255,20 dollar, yüksək təzyiqli polietilenin qiyməti - 1168,50 dollar, butilen butadien fraksiyasının qiyməti - 459,29 dollar, maye piroliz qətranının qiyməti - 478,97 dollar, propilenin qiyməti - 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 897,50 avro təşkil edib.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












