SOCAR Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsi yarada bilər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsinin yaradılması və ya "Petrol Ofisi"nin əldə olunması prosesi uğurla başa çatmasa, digər şirkətin alışı imkanına baxacaq. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey"in baş direktoru Zaur Qəhrəmanov "Sabah" qəzetinə müsahibəsində deyib. Z.Qəhrəmanov bildirib ki, "Petrol Ofisi"nin əldə olunması SOCAR üçün ən münasib variantdır: "Lakin sövdələşmə baş tutmasa, bizim digər variantlarımız da var. Biz digər şirkətin alışı və ya Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsinin yaradılması ilə bağlı danışıqlara başlaya bilərik". Onun sözlərinə görə, SOCAR Türkiyədə 18 milyard planlaşdırılıan investisiyadan artıq 9,5 milyard sərmayə yatırıb: "SOCAR hər il "Petkim" neft-kimya kompleksinə təqribən 150 milyon dollar investisiya qoyur. Əgər bu investisiyaları həyata keçirməsək, bizim bazarda iştirakımız 17 faizdən 10 faizədək azalacaq".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












