“SOCAR"dan açıqlama: "Yol nişanı ilə bağlı məlumat həqiqəti əks etdirmir" - VİDEO-2

"Bakının Səbail rayonu ərazisində, Bibiheybət məscidindən şəhər istiqamətində hərəkət edən yolda "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında heç bir qırıq xətt yoxdur. Bəzi Kütləvi İnformasiya Vasitələrində hazırda o ərazidə dönüş üçün qırıq xəttlərin olduğu, hətta bu xətlərin SOCAR əməkdaşları tərəfindən çəkilməsi barədə məlumat həqiqəti əks etdirmir". Bunu Avtosfet.az-a "SOCAR Petroleum"QSC-dən yanacaqdoldurma məntəqəsinin əməkdaşları tərəfindən dönüş üçün xətt çəkildiyi barədə KİV-də yayılan məlumatla bağlı açıqlamada qeyd olunub. Qeyd edilib ki, bəzi KİV-lərdə yer alan görüntülər bir neçə ay əvvəl çəkilmiş videodur. "Həmin videoda göstərilən yol nişanları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çəkilmiş yol nişanıdır və dönüş üçün təhlükəli hesab edildiyindən bir neçə ay əvvəl o nişan həmin qurum tərəfindən dəyişdirilərək düz xəttə çevrilib. SOCAR-ın yol nişanlarında hər hansı dəyişiklik etməyə ixtiyarı yoxdur. Hazırda o ərazidə dönüş üçün heç bir işarə yoxdur. İstənilən şəxs bunun şahidi ola bilər" -, deyə şirkətdən bildirilib.
Emin
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










