Son 11 ilin ən isti ayı müşahidə edilir - Azərbaycanda

Azərbaycanda bu il 2006-cı ildən bəri ən isti avqust ayı müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Sabah da ölkə ərazisində belə isti hava şəraitinin gözlənildiyini deyən M.Həsənov qeyd edib ki, avqust ayında bu cür yüksək temperatur 1992-ci ildə, sonuncu dəfə isə 2006-cı ildə müşahidə edilib:
“Ancaq həmin istilər builki istilər kimi olmayıb. Builki avqust yüksək temperatura görə, ötən ilki avqust aylarından daha çox seçilir”.
M.Həsənov bildirib ki, bu il avqust ayında davamlı istilər müşahidə olunub:
“Bu il Azərbaycanda yayın isti dövrləri uzanıb. Elə illər olur ki, həmin illərdə 1-2 gün ardıcıl isti olur. Bu il isə avqustun 15-dən havanın temperaturu yüksəkdir və hələ də yüksək temperatur davam edir. Həmin gündən başlayaraq, gündəlik temperatur 36-37 dərəcədən aşağı düşməyib. Gündüz əsasən, 40-42 dərəcə isti qeydə alınıb. Bu il hətta dağlıq ərazilərimizdə də temperatur yüksəkdir. Məsələn, Şəkidə temperatur 36-37 dərəcədir. Bu il istilərin 10 gün davam etməsi bir qədər gözlənilməz haldır”.
M.Həsənov bu il avqust ayının daha isti keçməsini ölkədə isti hava kütlələrinin davamlı olması və kənar hava kütlələrinin buraya daxil ola bilməməsi ilə izah edir.
M.Həsənov avqustun 26-27-dən ölkədə havanın nisbətən sərinləşəcəyinin ehtimal edildiyini bildirib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












