Son 2 ayda baş verən 6 TƏYYARƏ QƏZALARI

Dünyada son iki ayda baş verən 6 təyyarə qəzasında ümumilikdə 313 nəfər həyatını itirib.
Avtosfer.az “Haber global”a istinadən xəbər verir ki, baş verən bu qəzalar arasında sərnişin, həmçinin şəxsi təyyarələr olub və 2025-ci ilə qədər 4 ölümlə nəticələnən təyyarə qəzası qeydə alınıb.
Son iki ayın ən böyük aviasiya hadisələri Cənubi Koreya, Qazaxıstan, Cənubi Sudan və ABŞ-də qeydə alınıb.
Qazaxıstanda Azərbaycan təyyarəsi qəzaya uğrayıb, 38 nəfər həyatını itirib.
25 dekabr 2024-cü il tarixində Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəzada 32 nəfər sağ qalarkən, 38 nəfər həyatını itirib.
Cənubi Koreyada baş verən təyyarə qəzasında 179 nəfər ölüb
2024-cü il dekabrın 29-da Taylandın Banqkok şəhərindən havaya qalxan sərnişin təyyarəsi Cənubi Koreyanın paytaxtı Seulun Muan Beynəlxalq Hava Limanına enib və divara çırpılıb. Cənubi Koreyanın ən ölümcül təyyarə qəzasında dörd ekipaj üzvü də daxil olmaqla 179 nəfər həyatını itirib, iki kabin heyəti üzvü isə xəstəxanaya yerləşdirilib.
Cənubi Sudanda baş verən qəzada 20 nəfər ölüb
29 yanvar 2025-ci ildə Cənubi Sudanda neftçiləri daşıyan təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərdən 20-si həyatını itirib.
Venesuelada təyyarə qəzası; 3 nəfər həyatını itirib
Venesuelada Ədliyyə Nazirliyinə məxsus Cessna S550 Citation tipli təyyarə Fransisko de Miranda aviabazasından havaya qalxdıqdan az sonra meşəlik əraziyə düşüb. Təyyarədə olan 3 nəfər həyatını itirib.
ABŞ-də sərnişin təyyarəsi ilə helikopter toqquşub, 67 nəfər həyatını itirib
29 yanvar 2024-cü ildə Vaşinqtonda sərnişin təyyarəsi ilə ABŞ hərbi helikopteri havada toqquşub və Potomak çayına düşüb. ABŞ-də son 20 ilin ən ölümcül təyyarə qəzası 67 nəfərin ölümünə səbəb olub. Sağ qalan olmayıb.
ABŞ-də reaktiv təyyarə qəzaya uğradı, 6 nəfər həyatını itirib
Learjet 55 təyyarəsi 31 yanvar 2025-ci ildə ABŞ-ın Pensilvaniya ştatında havaya qalxıb və havaya qalxdıqdan az sonra yaşayış məntəqəsinə çırpılıb. Qəzada 2-si təyyarədə, 4-ü isə qəza yerində olmaqla ümumilikdə 6 nəfər həyatını itirib.
(Medianews.az)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım








