Banner

Cəlilabad sakini “QAZ-53”dən yıxılaraq ölüb

Gündəm 18 İyul 2020 19:11 Oxunub 1104
Cəlilabad sakini “QAZ-53”dən yıxılaraq ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, insident iyulun 17-də saat 11 radələrində rayonun Təklə kəndi ərazisində qeydə alınıb. 

Məlumata görə, kənd sakini F.Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb. S.Babayev xəstəxanaya aparılarkən yolda ölüb. Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh