Bakıda intihara cəhdin qarşısı belə alındı - VİDEO - YENİLƏNİB

Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində 1 nəfər 3 mərtəbəli binanın 3-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Öncədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən şəxs 1978-ci il təvəllüdlü Ə.B. qurulmuş təhlükəsizlik döşəyi vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Bakıda intihara cəhd hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Lev Tolstoy küçəsilə Qoqol küçəsinin kəsişməsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, orta yaşlı şəxs binanın 3-cü mərtəbəsinin fasadından yapışaraq mənzildə olan digər bir şəxslə mübahisə edir. Verilən məlumata görə o, intihara cəhd etməyə çalışır.
Fərid
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!











