SON DƏQİQƏ: Şuşada üç hərbi qulluqçumuz xəsarət aldı

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.
Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
"İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib" - Müdafiə Nazirliyi
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB
“Onların başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək”
İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev
İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycanda kartofun qiyməti artmağa davam edir; Nələr baş verir? - Ekspertlər AÇIQLADI
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR










