Son günlər koronavirusa yoluxmanın artmasının SƏBƏLƏRİ

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında az da olsa artım müşahidə olunur. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, virusun artmasına bir neçə səbəb ola bilər.
O qeyd edib ki, virusun artmasının səbəblərindən biri virusun hələdə bizə məlum olmayan və tam bilinməyən xüsusiyyətləri ola bilər.
R.Mahmudovun sözlərinə görə, karantin rejiminin yumuşalması nəticəsində insanlar arasında təmasda artım və ya tövsiyə olunan qaydalara kütləvi olaraq riayət etməmək də virusun artmasının bir səbəbi sayıla bilər.
Deputat vurğulayıb ki, ötən 5 ay ərizində COVİD-19-un həm dünyada, həm ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi: “Ötən dövr ərzində COVİD-19-un xüsusiyyətləri və təhlükələri barədə çox şey öyrəndik. Həmçinin ötən müddət ərzində biz üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğu öyrəndik.
Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırıram”.(Trend)
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










