Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO

Son zamanlar sosial şəbəkələrdə yeniyetmələrin avtomobil idarə etməsini əks etdirən görüntülərə tez-tez rast gəlinir. Bəzi hallarda yeniyetmələr valideynlərindən icazəsiz avtomobili götürür, bəzən isə valideynlər özləri sükanı övladlarına həvalə edirlər. Belə şəxslərin avtomobil idarə etməsi isə yollarda hər kəs üçün təhlükə yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələnin hüquqi tərəflərinə toxunaraq Baku TV-yə bildirib ki, sürücülük hüququ olmayan şəxsin hər hansı qəza törətməsi, xüsusən də ölüm halının baş verməsi birbaşa cinayət tərkibi yaradır:
"Belə hallarda daha ağır sanksiyalar tətbiq oluna bilər. Təəssüf ki, bəzi insanlar bunu utanmadan sosial şəbəkələrdə paylaşırlar. Bu, başqalarına pis nümunə olmaqdır. Belə hallara qətiyyən yol vermək olmaz".
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, azyaşlıların sükan arxasına əyləşməsi nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Qurum qeyd edir ki, təcrübəsizlik, yol hərəkəti qaydalarını bilməmək və məsuliyyətsizlik faciəvi sonluqlara səbəb olan əsas amillərdir. Məlumatda, həmçinin vurğulanıb ki, Dövlət Yol Polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və qayda pozuntularına qarşı qanunauyğun tədbirlər görülür.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












