Son iki ildə Bakı Metropoliteni üçün 116 ədəd yeni vaqon alınıb

2016-2017-ci ildə "Bakı Metropoliteni" QSC üçün 116 ədəd yeni vaqon alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu metronun 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.
O, həmçinin qeyd edib ki, gələcəkdə Bakı Metropolitenində 76 stansiya olacaq: "Perspektiv inkişaf strategiyasına əsasən, gələcəkdə metro 5 xəttən ibarət olacaq ki, onun 3-ü əsas, 2-si köməkçi xətt olacaq. Metronun stansiyalarının sayı 76-ya, xətlərin ümumi uzunluğu isə 120 km-ə çatdırılacaq".
Xatırladaq ki, hazırda Bakıda metro xətlərinin ümumi uzunluğu 36,63 km, stansiyaların sayı isə 25-dir.
Bundan başqa, Z.Hüseynovun sözlərinə görə, yeni inşa edilən metro stansiyalarında qatarlar 5 deyil, 7 vaqondan ibarət olacaq. Hazırda bu yenilik yalnız "Memar Əcəmi" və "Avtovağzal" stansiyalarındadır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












