"Son zəng" ərəfəsində Nizami polisi təbliğat işlərini gücləndirdi - FOTOLAR

Bakının Nizami rayonunda yerləşən 61 saylı orta məktəbdə şagirdlərin iştirakı ilə "Piyada hərəkət iştirakçısıdır" adlı maarifləndirici tədbir keçirilib. Tədbir "Son zəng" ərəfəsində ictimai qaydanın qorunmasi, ictimai təhlükəsizliyin təmin edilməsi, həmçinin Nizami rayonunda hərəkət intensivliyinin yüksək olduğu ərazilərdə yerləşən ümumtəhsilz məktəblərində şagirdlərin təhlükəsizliyinin təmin edilməsinə həsr edilib.
Tədbirdə çıxış edən Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər barədə danışıb və qeyd edib ki, bu fəaliyyətin əsas hissəsi son 10 il ərzində təhsil müəssislərində təşkil olunan təbliğat işi ilə əlaqədardır. V.Əsədov qeyd etdi ki, hər bir vətəndaş yol hərəkətinin iştirakçısıdır və bu səbəbdən yol hərəkəti qaydalarına əməl etməlidir: "Bu qaydalara əməl edənlər bununla da müvafiq icra qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin olunması ilə əlaqədar keçirdiyi tədbirlərə dəstək vermiş olurlar ki, hamı bunda xüsusilə, maraqlı olmalıdır".
Nizani rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis kapitani Yaşar Həsənov məktəbətrafı ərazilərdə günün pik saatlarında yaşanan nəqliyyat vasitələrinin intensivliyi, onların yaratdığı tıxaclar barədə danışıb. O qeyd edib ki, bəzi məktəblərin ətrafında müvafiq yol nişanlarının olmaması bir sıra problemlərin yaranmasına, təhlükələrin yaşanmasına səbəb olur. Piyada keçidinin inşa edilməsi, piyada zolaqlarının çəkilməsi, yol nişanlarının qoyulması həmin təhlükələri bir qədər azaltmağa səbəb olacaq tədbirlərdəndir.
46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova isə məktəb uşaqlarının iştirakı ilə baş verə qayda pozuntularına nəzər salaraq qeyd etdi ki, yol hərəkəti qaydaları il bağlı məktəblərdə “Qaydaları öyrən və öyrət” formatında keçirilən tədbirlər uşaqlar tərəfindən yol qaydalarının dərindən öyrənilməsinə xidmət edir.
Nizani rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova bildirib ki, polisin işi vətəndaşı qorumaqdır. Vətəndaşın da üzərinə düşən iş odur ki, polislə yaxın olsun, polisə dəstək versin, polisə güvənsin. O zaman cəmiyyətdə neqativ halların qarşısı alınar, insanların həyat və sağlamlığı tam təhlükəsiz olar. Uşaqların yol qəzalarından qorunmasında valideynlərin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən xanım baş inspektor bildirib ki, polisin də bu işlərə dəstəyi hər zaman mövcuddur və elə bu tədbirin keçirilməsi də buna əyani misaldır.
Suraxanı rayonu ərazisində yol təhlükəsizliyinin təmin olunmasında aktiv olan ictimai fəal Xalid Musayev (“canlı svetafor”) rayon əraisində keçirdiyi təbliğat xarakterli fəaliyyətlər barədə danışdı və qeyd etdi ki, ictimaiyyətin hər bir üzvü bu işlərdə fəal olmalıdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, Suraxanı rayonu ərazisində 200-ə yaxın yol nişanı quraşdırılıb.
Elmin

























