“Son zəng” günü ilə bağlı valideynlərə xəbərdarlıq - Yol polisindən

Yol polisi orta ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdalıq edib. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət olunacaq: "Bu barədə valideynlərə də xəbərdarlıq edirik ki, diqqətli olsunlar. Azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".
V.Əsədov qeyd edib ki, son zəng tədbirlərinin keçirilməsi ilə əlaqədar BŞBDYPİ əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar: "Bakı şəhərində "Son zəng" tədbirlərinin keçirildiyi bütün orta ümumtəhsil məktəbləri nəzarətə götürülüb. Təhlükəsizliyin təmin olunması məqsədi ilə orta məktəblərin yerləşdiyi ərazilərdə yol polisi əməkdaşlarının xidməti təşkil olunub".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












