Sosial mediadan pul qazananların DİQQƏTİNƏ! - Kimlər vergi ödəyəcək?

Azərbaycanda sosial mediadan pul qazanan xeyli insan var. İstər tiktokerlər, istərsə də bloggerlər canlı yayımlarda göndərilən hədiyyələr, reklamlar və s. hesabına kifayət qədər yüksək məbləğ əldə edirlər.
Maraqlıdır ki, onların qazanclarına nəzarət edilir və ya edilməlidirmi?
Avtosfer.az-ın məlumatına görə, bu barədə hüquqşünas Günay Abbasova bildirib ki, Azərbaycan Respublikasında vergitutmanın effektiv və düzgün qurulması üçün şəxslərin gəlirlərinə nəzarət edilməsi vacib amildir:
"Lakin vətəndaşların gəlirlərinə nəzarət edilməsi onların qanunvericilikdə nəzərdə tutulmamış hüquqlarını pozmadan, Vergi Məcəlləsində nəzərdə tutulmuş üsul və vasitələrdən istifadə etməklə aparılmalıdır. Qanunvericiliyin müvafiq maddələrinin əlaqəli təhlili zamanı bizə aydın olur ki, vergi orqanı vergi ödəyicisi kimi qeydiyyata düşmüş şəxslərin bank hesablarına nəzarət edə bilirlər. Hazırki qanunvericilik bu sahədə vergi nəzarətinin təkmil formada həyata keçirilməsinə imkan verməsə belə, hər bir halda VÖEN-ə bağlı bank hesablarına vergi nəzarəti həyata keçirilir.
.png)
Hüquqşünas həmin şəxslərin vergiyə cəlb olunmaları barədə də danışıb:
"Sosial şəbəklərdə ("Tiktok", "Instagram", "Facebook", "Youtube" və s.) bir çox üsulla gəlirin əldə edilməsi mümkündür. Buna reklam gəlirləri, kontentlərin hazırlanması ilə bağlı şirkətlər tərəfindən ödənilən ödənişlər, sosial şəbəkələrə yüklənmiş video və ya şəkillərin izlənməsinə görə ödənişlər, son dövrlərdə tiktokda atılan hədiyyələrin miqdarına uyğun platforma tərəfindən verilən ödənişlər aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə nəzər saldığımız zaman, sosial şəbəklərdən əldə edilmiş gəlirlərin vergiyə cəlb edilib-edilməsi məsələsinin tənzimləndiyini görə bilərik. Belə ki, Vergi Məcəlləsinin 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Bu maddədə gəlirin malların, işlərin və ya xidmətlərin təqdim edilməsi məsələsi qeyd edilmişdir. Bu maddədə nəzərdə tutulmuş xidmət, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət hesab edilir. Sosial şəbəkə istifadəçiləri gəlir əldə etmək məqsədilə də bu platformalar üçün kontent yaratmaq və ya reklam xidməti göstərməklə gəlir vergisi üçün vergitutma bazası formalaşdırırlar.
Yekun olaraq, sosial şəbəklər vasitəsilə gəlir əldə edən şəxslər Vergi Məcəlləsinin 34-cü maddəsinə əsasən, gəlirin əldə edilməsi anına qədər vergi ödəyicisi kimi qeydiyyata düşərək VÖEN almalıdırlar. Bu şəxslər xidmət fəaliyyəti göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən gəlir vergisi ödəyicisi olmalı, illik əldə etdikləri gəlirdən xərclər çıxıldıqdan sonra yerdə qalan mənfəətə 20 faiz vergi dərəcəsi tətbiq edərək, növbəti ilin mart ayının 31-dək illik gəlir vergisi bəyənnaməsini təqdim edərək vergi ödənişlərini həyata keçirməlidirlər".
Günay Abbasova həmçinin sosial şəbəkələr vasitəsilə gəlir əldə edən şəxslərə edilən güzəştlərdən bəhs edib:
"Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nə güzəşt tətbiq olunur. Burada sahibkarlıq subyektlərinin təsnifatına da diqqət etmək lazımdır. Bu güzəşt mikro sahibkarlar üçün, dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər üçün nəzərdə tutulmuşdur" (redaktor.az).
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR








