Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı

Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüslə çıxış edib. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. “Facebook” və “İnstagram”da, eyni zamanda, “Twitter”dəki hesablarda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir. Azərbaycan Mətbuat Şurasından Avtosfer.az-a verilən məlumata görə, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir. Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” “Facebook” səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, - deyə səhifənin təqdimat bölümündə bildirilir. “Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!”- səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.
Səhifədə, həmçinin dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.
Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə fəal şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












