Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs olunub - VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan Şirvan şəhər sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Namiq Musayev
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










