Sosial şəbəkələrə qoyulan məhdudiyyət götürüldü - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb: "Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə ("Skype", "Viber", "WhatsApp" və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb. Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












