Sosial şəbəkələri qarışdıran tunel təmizliyi - AAYDA iddialara cavab verdi - VİDEO

Sosial şəbəkələrdə Moskva prospekti–20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Şamaxinka tuneli”nin divarlarında aparılan kimyəvi təmizləmə işlərini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda tunelin illərlə yığılan çirk qatından rəngini itirdiyi, xüsusi yuma prosesi tətbiq edildikdən sonra isə divarların ilkin görünüşünün bərpa olunduğu görünür. Məsələ ilə bağlı ictimaiyyətdə yaranan sualları cavablandırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik.
Avtosfer.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Yeni Sabah"a bildirib ki, tunellərin təmizlənməsi mütəmadi şəkildə həyata keçirilən prosesdir:
“Məlumat üçün bildirim ki, hər il yaz-yay aylarında tunellərin və keçidlərin yuyulması prosesi həyata keçirilir. Payız və qış aylarında yuyulma prosesinin heç bir mənası yoxdur, çünki nə qədər yuyulsa da, səhəri günü yenə palçıqla örtülür. Nəqliyyat vasitələri hərəkət etdikcə arxasınca palçıq dənəcikləri divarlara hopur. Nəticədə də bu cür mənzərə yaranır”.
A. Nəcəfli sosial şəbəkələrdə yayılan görüntülərdə təmizləmə işlərini aparan şəxsin öz yuyucu vasitələrinin reklamını etdiyini də əlavə edib:
“Sözügedən görüntülərdə həmin şəxs öz yuyucu vasitələrinin reklamını həyata keçirir. Müəyyən divarlar, kafellər, nəqliyyat vasitələrini təkərlərinin disklərini təmizləməklə məhsulları reklam edirlər. Burada qeyri-adı heç nə yoxdur. Dediyim kimi, hər il yaz və yay aylarında yuyulma prosesi həyata keçirilir. Bakı da tozlu şəhərdir. Belə olan halda payız aylarında yağış yağanda mənzərə dəyişir və divarlara palçıq hopur”.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










