Sosial yardıma müraciət etdi, adaşının maşınına görə “rədd” CAVABI ALDI - QƏRİBƏ OLAY

Cəlilabadın Şabanlı kənd sakini Sadıqov Asif Nadir oğlu maraqlı halla üzləşib.
Bizim.Media-ya müraciət edən Asif Sadıqov bildirib ki, özünün xəbəri olmasa da, onun adına olan maşın mövcuddur.
Deyir ki, sosial yardım almaq üçün müvafiq quruma müraciət edib və imtina cavabı alıb. Səbəb kimi isə mülkiyyətində nəqliyyat vasitəsinin olduğu bildirilib. Ömründə avtomobili olmayan, avtomobil idarə edə bilməyən, A.Sadıqovun adınaa BDYPİ-nin sistemində “Niva” markalı avtomobil görünür.
Asif deyir ki, 2022-ci ildə Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial yardım almaq üçün müraciət edib:
“Mənə dedilər ki, sən sosial yardım paketinə düşmürsən, adında “10 EX 629” dövlət nömrə nişanlı “Niva” markalı avtomobil var”.
Müsahibim deyir ki, bu günə qədər avtomobillə bağlı ona hər hansı cərimə bildirişləri belə gəlməyib:
“Amma nədənsə mən ünvanlı sosial yardım almaq üçün müraciət edəndə mənə imtina gəlir”.
Məsələyə aydınlıq gətirmək üçün Asif müvafiq qurumlara müraciət edib. Araşdırma zamanı məlum olub ki, əslində sözügedən “Niva” markalı avtomobil Bakı şəhəri Nəsimi rayonu, Rəsulzadə küçəsində yaşayan Sadıqov Asif Nadir oğluna məxsusdur. O, problemi həll etmək üçün Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən adına nəqliyyat vasitəsinin olmaması barədə arayış alaraq nazirliyin sisteminə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb. Sənədlərin müddəti bitdiyi üçün Asif eyni məzmunlu təmizlik arayışını yenidən alsa belə, problem olduğu kimi qalıb.
İki ildir ki, Asif Sadıqov heç kimi maşını olmadığına inandıra bilmir.
Deyir ya maşınımı versinlər, ya da sosial yardımı...
Məsələ ilə bağlı ƏƏSMN-dən soğrumuza cavab olaraq bildirildi ki, Cəlilabad rayon sakini Sadıqov Asif Nadir oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə müraciətlərinə elektron sistem tərəfindən imtina verilib: “İmtinalara səbəb Asif Sadıqovun vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi və muzdlu işlə əlaqədar gəlirlərini təsdiqləyən MDSS ödənişlərinin olmaması olub. Bu ilin yanvarın 10-da ailə ünvanlı dövlət sosial yardımı ilə bağlı yenidən elektron qaydada müraciət edib. Bu dəfə elektron sistemdə Asif Sadıqovun adına nəqliyyat vasitəsi çıxdığına görə müraciətə imtina verilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən şəxsin adında və ya istifadəsində nəqliyyat vasitəsi olduqda ünvanlı sosial yardım təyinatından imtina edilir. Hazırda vətəndaşın müraciətinə elektron qaydada baxılır, qısa müddət ərzində bununla bağlı müvafiq qərar qəbul ediləcək”.
Mövzunu diqqətdə saxlayacağıq.

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO










