Sosis xərçəng yaradır - Krallıqdan sensasion iddia

Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqla yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini "Avropa xərçəng jurnalında” dərc ediblər. Avtosfer.az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin artmasını sübut edib. 260 000 xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb. Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30% artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda qrup təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapmayıb.
Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə, super marketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları.
Xatırladaq ki, hələ 2015-ci ildə Dünya Səhiyyə Təşkilatı termiki işlənmiş ət məhsullarını kolorekrotal xərçəngin inkişafına səbəb olan kanserogen qrupuna daxil etmişdi.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










