Şou saytlarına “bomba” düşdü

Cəbhə bölgəsində yaşanan gərginlik mətbuatın xəbər gündəmini dəyişib. Digər xəbər portalları kimi, şou və mədəniyyət xəbərləri yayımlayan saytlar da xəbər siyasətində dəyişikliklər edib.
Aprelin 2-dən başlayaraq, əyləncəli xəbərlər təqdim edən mətbuat orqanları cəbhə bölgəsindən gələn xəbərlərə üstünlük verməklə yanaşı, sənət adamlarının baş verənlər haqda fikirlərini və müharibə xatirələrini yayımlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə "musavat" şou xəbər təqdim edən saytların rəhbərləri ilə əlaqə saxlayıb və sözügedən dəyişiklik barədə onların fikirlərini öyrənib. axşam.az saytının rəhbəri Mirhacib Məcid bildirib ki, cəbhədə yaşanan gərginliyə sayt kollektivi olaraq, həssas yanaşırlar: “Ölkəmizin bu cür həssas durumunda biz də axşam.az-ın xəbər siyasətində dəyişiklik etmişik. Hesab edirəm ki, indi şou zamanı deyil. Torpaqlarımız işğaldan azad olunsun, ən gözəl şounu həmin vaxt göstərəcəyik. Sənət adamlarının cəbhə bölgəsində yaşananlara dair açıqlamalarını da oxucuya təqdim edirik. Onların səmimi və ya qeyri-səmimi olduğunu indiki halda müzakirə etməyi mənasız hesab edirəm. Belə bir vaxtda bu cür addım atırlarsa, bunun özü yaxşı haldır. Təki vətənpərvərliklə bağlı düşünsünlər, bu cür açıqlamalar yollasınlar”. primetime.az saytının direktoru Türkan Məmmədli bildirib ki, sayt olaraq, şou və əyləncə xarakterli xəbərləri yayımlamaqdan imtina ediblər: “Neçə gündür ki, şou xarakterli xəbərləri yığışdırmışıq. Əsasən, sənət adamlarının cəbhədə baş verənlərlə bağlı fikirlərini və atdıqları addımları işıqlandırırıq. Onlar bu ölkənin vətəndaşlarıdır, fikirləri insanlara maraqlıdır. Onların da cəbhədə baş verənlərə münasibət bildirmək haqqı var. Sənət adamlarının minlərlə pərəstişkarı var, daim şou ilə gündəmə gələnlər arxaları ilə minlərlə insanı apara bilir, insanlar onların fikirlərinə önəm verir. Şou xəbərlər təqdim edən sayt olsaq da, indi cəbhədə baş verənlərlə bağlı xəbərlərə önəm veririk. Bəzən sənətçilərin vətənpərvərliklə bağlı açıqlamalarını insanlar səmimi qəbul etmir. Amma mən onlara hissiyyatla yanaşıram. Əgər səmimi deyillərsə, özləri və Allahları bilsin. Mən ayrıseçkilik edə bilmərəm. Danışmaq istəyən danışsın, heç kimin haqqına girmək istəmirəm. Çünki onlar da bu ölkənin vətəndaşlarıdır”.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












