Soyuq havada uşağın üzünü bağlamayın!

Soyuqlar başlayan kimi bir çox analar və nənələr gəzməyə çıxanda uşağın ağzını və burnunu şərflə bağlamaq vacib qaydalardan biri hesab edir. Onların fikrinə görə bu üsulla uşağı soyuqdəymə və tonzillitdən (angina) qorumaq mümkündür. Lakin, təəssüf ki, uşağın yaxşılığını istəyən valideynlər bununla əksinə xəstəliyin riskini artırırlar.
Avtosfer.az xəbər verir ki, saglamolun.az saytı kiçik bir eksperiment aparıb.
“Soyuq havada çölə çıxdıqda üzünüzü və burnunuzu şərflə bağlayın. Az bir müddətdən sonra siz hiss edəcəksiniz ki, şərf artıq nəmdir. Nəm mühit mikrobların çoxalması üçün çox əlverişlidir. Beləliklə, havadan nəm şərfin üzərinə düşən mikrob və infeksiyalar burada sürətlə çoxalmağa başlayacaq və sonra uşağın burun və boğazına düşəcək. Bu isə, təbii ki, xəstəliyin riskini yalnız artıracaq.
Nəm şərfdən keçən soyuq hava daha da soyuyur, uşaq bu havanı udur və bu da özü özündən soyuqdəyməyə səbəb ola bilər”.
Normal fizioloji burun nəfəsalması zamanı hava burun boşluğunda isinir, mikroblardan və viruslardan təmizlənir (onlar burnun selikli qişasında “ilişir”) və yalnız sonra nəfəs yollarımıza düşür. Bunula orqanizm özü özünü xəstəliklərdən qoruyur və burada heç bir şərf və s. lazım deyil.
Təbii ki, uşaq ağızla nəfəs alırsa bu təhlükəlidir. Soyuq hava bilavasitə uşağın nəfəs yollarına düşür və bu da xəstəliyin riskini artırır. Bu halda uşağın ağzını və burnunu şərflə bağlamağın əvəzinə, uşağı yaxşı LOR həkiminə göstərmək lazımdır.
Beləliklə, soyuq havada uşağın üzünü şərflə bağlamayın, sadəcə burunla nəfəs almasına diqqət edin.
Xəstə, hərarəti olan uşağı soyuq havada çölə çıxartmayın.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












