Soyuqbulaq-Qarayazı yolu yaxın zamanlarda istifadəyə veriləcək - FOTO

Ağstafa rayonunun bütün sahələrində, o cümlədən yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. Belə ki, hazırda uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq, 13,5 kilometr uzunluğunda Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolları ilə yanaşı, 9,5 kilometr uzunluğundakı Soyuqbulaq-Qarayazı avtomobil yolunda da əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Əsaslı yenidən qurulan 13 kilometr uzunluğunda olan Ağstafa–Köçəsgər avtomobil yolunda isə son tamamlama işləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, rayon icra hakimiyyətindən azərtac-a bildiriblər ki, 3 yaşayış məntəqəsini, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrini Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu ilə əlaqələndirən Soyuqbulaq-Qarayazı avtomobil yolunda torpaq işləri yekunlaşıb. Hazırda yeni yol yatağının inşası davam etdirilir. Asfalt-beton örtüyünün eni 7 metr olmaqla iki hərəkət zolaqlı olacaq. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunda su keçidləri də inşa olunur. Layihəyə uyğun tikilən avtomobil yolunda işlər yekunlaşdıqdan sonra yol nişanları və məlumatverici lövhələr, yol cizgi və yolgöstərici xətlər çəkiləcəkdir. Yol yaxın zamanda istifadəyə veriləcək.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”











