Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb

Almaniya Prezidenti Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistanı sülh sazişi mətninin razılaşdırılmasının başa çatması münasibətilə təbrik edib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən Almaniya Prezidenti bildirib.
F.Ştaynmayer rəsmi Bakı və İrəvanı məqamı əldən verməməyə, eləcə də sazişi mümkün qədər tez imzalamağa çağırıb:
"Çox böyük bir addım atılıb. Hər iki tərəfi sülh sazişi mətninin razılaşdırılmasını başa çatdırmaları münasibətilə təbrik edirəm. Bu gün Prezident İlham Əliyevlə görüşdə sülh sazişinin tezliklə imzalanmasının şahidi ola biləcəyimizə ümidvar olduğumu qeyd etdim. Cənubi Qafqazda dayanıqlı sülh olacaq. Buna çox ümid edirəm və tərəfləri bütün çətinliklərə və çağırışlara baxmayaraq, bu məqamı qaçırmamağa çağırıram".
Onun fikrincə, prosesi başa çatdırmaq üçün tərəflər siyasi iradə nümayiş etdirməlidirlər:
"Əminəm ki, bu, baş verəcək".
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı











