Stokholmdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib

Özbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu onun vəkili Yohan Erikson deyib. “O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, - deyə o vurğulayıb. İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir. Qeyd edək ki, R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Ölkəni 4 həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib. Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












