Strateji təyinatlı 7 sualtı qayığı sıradan çıxdı

Müxtəlif səbəblərdən Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin sərəncamında olan strateji təyinatlı 7 sualltı qayıqda texniki nasazlıq aşkar edilib. Avtosfer.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə nazirliyi hələlik bu barədə ölkənin Baş nazirinə məlumat verməyə tələsmir. Məsələyə diqqəti cəlb edən "The Sun" nəşri isə müdafiə nazirliyindəki mənbəyə istinadən yazır ki, hər biri 1,2 milyon funt sterlinqə başa gələn "Astute" tipli 3 müasir sualtı qayıq daim texniki problemlərlə üzləşir. Nisbətən köhnə hesab edilən "Trafalqar" tipli digər 4 sualtı qayıq isə "can vermək" üzrədirlər. "The Sun" yazır: "Hazırda sıradan çıxan 5 sualtı qayıqda texniki nasazlığı aradan qaldırmaq üçün işlər aparılır. Qibraltar yaxınlığında tankerlə toqquşan müasir "Ambush" sualtı qayğı isə təmirdədir. Yalnız bir sualtı qayıq nisbətən yararlı hesab edilir. Lakin o hazırda sınaqdan çıxarıldığı üçün yalnız bir neçə həftədən sonra istifadəyə hazır olacaq. Beləliklə Böyük Britaniya hərbi-dəniz qüvvələrinin sərəncamında istifadəyə hazır yeganə sualtı qayıq nüvə başlıqlı raket daşıyan "Vanguard"dır. Bu qayıqla isə Rusiya sualtı qayıqlarından gələn təhlükəni aradan qaldırmaq mümkün deyil".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










