Su polislərinin növbəti ayıq-sayıq və uğurlu əməliyyatı - VİDEO

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər uğurla davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.
Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub. Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










